Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri ala bilsə, Rusiya kimyəvi silahdan istifadə edə bilər.

"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Parlamentdə Rusiyanın qeyri-ənənəvi silahlardan istifadə edəcəyi ehtimalından narahat olub-olmadığı barədə suala cavabında Uolles deyib ki, Böyük Britaniya hakimiyyəti və beynəlxalq ictimaiyyət gələcəyə çox ehtiyatla baxır, belə bir ssenarini istisna etmir.