Avropa İttifaqı Şurası bazar ertəsi İtaliyanın keçmiş xarici işlər naziri Luici Di Mayonu Körfəz regionu üzrə xüsusi nümayəndə təyin edib.

"Unikal" xəbər verir ki, Di Maio vəzifəsinin icrasına iyunun 1-dən başlayacaq. Onun mandatı ilkin olaraq 21 ay müddətinə müəyyən edilir.

“Aİ-nin xüsusi nümayəndəsinin vəzifəsi strateji tərəfdaşlıq haqqında birgə bəyanata uyğun olaraq Aİ-nin xarici siyasəti və təhlükəsizlik aspektlərinin həyata keçirilməsində Ali Nümayəndəyə kömək etməklə Körfəz regionu ölkələri ilə daha güclü, daha əhatəli və strateji tərəfdaşlıq inkişaf etdirməkdir"-deyə bildirilib.