Belarus prezidenti Aleksandr Lukaşenko təxminən bir həftəlik fasilədən sonra  ictimaiyyət qarşısında çıxış edib.

"Unikal" xəbər verir ki, ölkə rəhbəri Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komanda məntəqəsinə gəlib, burada hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyinin təşkili və yerinə yetirilməsi üzrə hesabatı dinləyib.

Lukaşenko Bryansk vilayətində dörd təyyarənin qəzaya uğramasından sonra Belarus ordusunun yüksək hazırlıq vəziyyətinə keçdiyini açıqlayıb. 

Komanda məntəqəsində çəkilmiş fotoşəkillərdə Belarus liderinin sol əli, sağ əli isə mayın 9-da keçirilən paradda sarğılı olması diqqət çəkib.  

Qeyd edək ki,  Lukaşenko mayın 14-də Belarusun Bayrağı, Gerbi və Himni gününün qeyd olunması mərasimində iştirak etmıyib. Eyni zamanda, Rusiyanın "Nasha Niva" nəşri iddia edir ki, bayram ərəfəsində prezident korteji təxminən iki saat Minsk yaxınlığındakı xüsusi xəstəxananın yaxınlığında olub.

Siyasətçi son günlərdə digər rəsmi tədbirləri də qaçırıb. Lukaşenko sonuncu dəfə mayın 9-da Moskvada keçirilən hərbi paradda görünüb. Bir sıra KİV-in məlumatına görə, Lukaşenko Rusiyada SARS-a tutulub. Siyasətçinin ətrafından daha bir neçə nəfərin qripə yoluxduğu iddia edilir.

Lukaşenkonun yoxa çıxması hətta Kremldə də şərh edilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “rəsmi məlumatlara diqqət yetirmək lazımdır”.

Gülayə Mecid