"Ermənistan danışıqlarda Dağlıq Qarabağın hüquqları və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılmasını rəhbər tutur. Hazırda bu istiqamətdə danışıqlar gedir".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. 

O, mayın 16-da parlamentdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın Rusiyadan pul ödədiyi silahı almaması ilə bağlı bəyanatına da şərh bildirib: "İşlər gedir, həqiqətən də silahlar Ermənistana gəlib çatmayıb. Biz işi davam etdirməyə çalışırıq, əlavə olunacaq heç nə yoxdur".

Xarici işlər nazirinin müavini silahların Ermənistana niyə çatmadığını açıqlamayıb.

Ağarza Elçinoğlu