Biz KTMT-nin ötən ilin sentyabrında, Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşma zamanı fəaliyyət göstərəcəyini gözləyirdik. Bu, işə yaramadı. 

"Unikal" xəbər verir ki, bunu "Novaya qazeta"ya müsahibəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

o, jurnalistin KTMT-dən çıxmaq məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırıb: "Düzünü desəm, bəli, belə müzakirələr olub, bu təbii reaksiyadır".

Eemənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib ki, onların KTMT-dən çıxması müzakirə olunsa da, hazırda çıxmaqla bağlı məsələ yoxdur. 

Ağarza Elçinoğlu