Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazev həbs edilib.

"Unikal" xəbər verir  ki, bu barədə Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun (NABU) mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları  Knyazevin 3 milyon dollar məbləğində rüşvət alarkən iş başında saxlayıb.  

Knyazevin həbsi fonunda Ali Məhkəmənin daha 18 hakimində axtarışlar aparılır.

Xatırladaq ki, Vsevolod Knyazev 2021-ci il dekabrın 1-dən Ali Məhkəmənin sədridir.

Gülayə Mecid