Rusiya qüvvələri Kiyevdə "Xəncər" hipersəs raket kompleksinin dəqiq zərbəsi ilə Amerikanın Kiyevdəki "Patriot" hava hücumundan müdafiə sistemini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib. 

Qeyd edək ki, bundan əvvəl Kiyevdə güclü partlayışın baş verməsi barədə yerli KİV-də məlumat yayılmışdı. Rusiyanın gecə saatlarında atdığı 18 raketin hər birinin zərərsizləşdirildiyi açıqlanıb. 

Ağarza Elçinoğlu