“GALLUP İnternational Association” 26-30 aprel tarixlərində Ermənistanda Baş naziri Nikol Paşinyanın reytinqi üzrə sorğu aparıb. 

"Unikal" xəbər verir ki, araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə görə, ermənilərin 38.7 faizi Baş nazir Nikol Paşinyanın fəaliyyətini bəyənmədiklərini bildiriblər.

Nisbətən bəyənməyənlər isə 12.3 faiz təşkil  edib. Paşinyanın fəaliyyətini tamamilə bəyənənlər 13.9%, qismən bəyənənlər 24.1% (ümumilikdə 38%) təşkil edib. Sorğuda iştirak edənlərin 11 faizi cavab verməkdə çətinlik çəkib.