Özbəkistanın eks-prezidenti İslam Kərimovun oğlu saxlanılıb. 

"Unikal" xarici KİV-ə istinadla bildirir ki, Pyotr Kərimov həyat yoldaşını pul üçün döydüyünə görə tutulub. 

Eks-ölkə liderinin oğlu arvadı ilə Daşkənddə oteldə biletin pulunu verməsini tələb etdiyi üçün mübahisə ediblər. Bundan sonra o, həyat yoldaşını şiddətli şəkildə döyüb. Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Kərimov polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

O, polis bölməsindən buraxıldıqdan sonra itkin düşüb.

Ağarza Elçinoğlu