"Türkiyədəki seçkiləri kimin qazanmasından asılı olmayaraq, Bayden administrasiyası seçilmiş hökumətlə işləməyə davam edəcək".

"Unikal" xəbər verir ki, bunu Ağ Ev Türkiyədəki  prezident seçkiləri ilə bağlı açıqlamasında deyib.

Daha əvvəl ABŞ rəsmilərinin prezident seçkiləri ilə bağlı açıqlamalarına qatılan ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan “Bayden administrasiyası Türkiyədəki seçkilərdə kim qalib gəlsə, onunla işləməyə davam edəcək”-deyə bildirib.

Sullivan həmçinin qeyd edib ki, ABŞ Türkiyədə güclü demokratiya görməkdə davam etmək istəyir.