Kolumbiyada "Cessna 206" təyyarəsinin qəzaya uğramasından 17 gün sonra itkin düşən 4  uşaq cəngəllikdə sağ tapılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkə rəhbəri Qustavo Petro məlumat yayıb. 

“Biz Quaviarda təyyarə qəzasında itkin düşən dörd uşağı sağ-salamat tapdıq. Ölkə üçün sevinc”, -  Petro "Twitter"də yazıb.

Qeyd edək ki, mayın 1-də "Cessna 206" təyyarəsi radarlardan itib. 370 saatlıq axtarışdan sonra təyyarənin qalıqları meşəlik ərazidə aşkar edilib. Təyyarənin qəzaya uğraması nəticəsində  2 pilot və  uşaqların anası həyatlarını itirib. Səlahiyyətlilər hadisədən sonra dörd azyaşlının axtarışına başlayıb. 

Uşaqların yaşı 13, 9, 4 və  11-dir.  Yerli mətbuat onların hazırda təhlükəsiz yerdə olduğunu bildirib.

Gülayə Mecid