ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis 2024-cü ildə prezidentliyə namizəd olacaq.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. 

Nəşr siyasətçinin növbəti həftə namizədliyini rəsmən elan edəcəyini bildirib: "Florida qubernatoru Ron DeSantis gələn həftə rəsmi olaraq prezidentlik yarışına qatılacaq".

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. 

Respublikaçı Nümayəndə DeSantis partiyanın yenidən namizədliyi uğrunda eks-prezident Donald Trampın əsas rəqibi kimi görünür.

Ağarza Elçinoğlu