"Rusiya lideri Vladimir Putin dünyada iki nəfərlə ehtiyatla davranırsa, onlardan biri Ərdoğandır".  

"Unikal" xəbər verir ki,  bunu keçmiş KQB və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov yerli KİV-ə müsahibəsində deyib.  

Onun sözlərinə görə, Rusiya prezidentinin hörmət etdiyi nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır. Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb. 

Keçmiş KQB zabiti əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən qorxur və ona hörmət edir. 

 Gülayə Mecid