İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi çərşənbə günü terror aktı hazırlayan iki şəxsi məhv edib.

"Unikal" xəbər verir ki,  bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

"Ölkənin cənub-şərqində terror aktları törətmək niyyətində olan silahlı qrup İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" bazasının kəşfiyyat və əməliyyat bölmələri tərəfindən müəyyən edilərək zərərsizləşdirilib", - məlumatda deyilir.

Əməliyyat zamanı bir nəfər həbs edilib. Çoxlu sayda silah və sursat ələ keçirilib.

Gülayə Mecid