"Terror əleyhinə əməliyyat zamanı Qərb Hərbi Dairəsinin dövlət sərhədini əhatə edən bölmələrin hava zərbələri, artilleriya atəşi və aktiv əməliyyatları ilə millətçi birləşmələrin qarşısı alınıb və darmadağın edilib".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın müfadiə naziri Sergey Şoyqu deyib. 

Onun sözlərinə görə, millətçilərin qalıqları Ukrayna ərazisinə geri qovuldu və orada tamamilə məhv edildilər. Şoyqu həmçinin qeyd edib ki, 70-dən çox ukraynalı terrorçu, eləcə də avtomobil və zirehli texnika məhv edilib.

"Ukraynalı yaraqlıların bu cür hərəkətlərinə operativ və son dərəcə sərt cavab verməyə davam edəcəyik", - deyə rus nazir açıqlayıb. 

Ağarza Elçinoğlu