Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Aleksey Danilov və Prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyib.

"Unikal" xəbər veir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Düşünürəm ki, beynəlxalq ictimaiyyətin ölkəmizdən nə tələb olunduğunu bilməsi vacibdir. Bu vacib məlumat bizim tərəfdaşlarımızla paylaşılmalıdır”, - Kobaxidze əlavə edib.

Kobaxidze əlavə edib ki, Gürcüstanın Rusiyaya sanksiya tətbiq etməməsinin məntiqi sadədədir - hakimiyyət öz xalqını və ölkəsini cəzalandırmaq istəmir.