Türkiyənin müxalifətdən yeganə prezidentliyə namizədi Kamal Kılıçdaroğlu çərşənbə günü hazırkı prezident Rəcəb Tayyib Ərdoğana qarşı siyasi xadimi ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə ittiham edən seçki videosuna görə məhkəməyə verib.

"Unikal" xəbər verir ki, siyasətçinin vəkili Cəlal Kılıç jurnalistlərə bildirib ki, Kılıçdaroğluna dəyən mənəvi ziyanın 1 milyon türk lirəsidir (50,2 min dollar).

“Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun göstərişi ilə Ərdoğana seçki kampaniyasında montaj edilmiş və saxta videodan istifadə etdiyinə görə ona 1 milyon türk lirəsi məbləğində mənəvi təzminat iddiası qaldırılıb. Bu pullar terrorla mübarizədə həlak olan vətəndaşlarımızın övladlarının təhsil almasına sərf olunacaq”, - deyə vəkil bildirib.

Ərdoğan və Kılıçdaroğlu mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda prezidentlik uğrunda mübarizə aparacaq. Mayın 14-də keçirilən birinci turda onların heç biri qalib gəlmək üçün tələb olunan səslərin 50%-dən çoxunu toplaya bilməyib.