Honq-Konqda qeydiyyatdan keçmiş "Xin Hai Tong" adlı quru yük gəmisi Süveyş kanalında quruya çırpılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Leth Shipping şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda hadisənin səhər tezdən baş verdiyi qeyd edilir. Kanalda ilişib qalmış yük gəmisi daha dörd gəminin yolunu kəsib. 

Hazırda yedək gəmiləri 189 metrlik tankeri yerindən çıxararaq suya qaytarmağa çalışır.

Ağarza Elçinoğlu