Kolumbiya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir  ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Monteriya şəhərindən 134 kilometr qərbdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.