İYİ Partiya Çaycumanın keçmiş bələdiyyə sədri və Zonguldak İl İdarəçisi vəzifələrində çalışmış Erhan Bilgin evində ölü tapılıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, ailəsi Erhan Bilgini evdə cansız vəziyyətdə tapıb. Hadisə yerinə sağlamlıq və polis qrupları cəlb olunub. Həkim qruplarının müayinəsindən sonra Bilginin infarkt keçirərək öldüyü müəyyən edilib. 

Gülayə Mecid