Rusiya - Ukrayna müharibəsi davam edir.

"Unikal" xəbər verir  ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun Donetskin cənubunda cəbhə xəttində 6 mexanikləşdirilmiş və 2 tank batalyonu ilə genişmiqyaslı hücuma keçdiyini açıqlayıb.

O, hücumun dəf edildiyini bildirib:

"Düşmən uğursuzluğa düçar oldu. Ukrayna ordusu 250-dən çox əsgər, 16 tank, 3 piyada döyüş maşını, 21 zirehli döyüş maşını itirdi", - Konaşenkov bildirib.