İstanbulun Kağıthane bölgəsində ad günü qeyd edən 20 nəfərlik qrup 100 Türk lirəsini yandırıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, polis sözügedən restorana basqın edərək 3 nəfəri saxlayıb. Nevaf H., Hüseyin S. və Muhammet M. ifadələri alındıqdan sərbəst buraxılıblar. 

Onların Türkiyədən deportasiyası üçün prosesə başlanıb.

Ağarza Elçinoğlu