Kamikadze pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Bryansk vilayətində mobil qülləni vurub. 

"Unikal" Rusiya KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində Sevski rayonunun Lemeşovka kəndindəki qüllə zədələnib, sakinlər mobil rabitədə fasilələr yaşamağa başlayıb. 

PUA hucumu zamanı ölən və yaralananların olmadığı açıqlanıb. 

Ağarza Elçinoğlu