İyunun 6-dan 7-nə keçən gecə yağan yağıntılar nəticəsində əmələ gələn sel Cənubi Qafqaz Dəmir Yolu QSC-nin Alaverdi-Axtala hissəsində dəmir yolu xəttini bağlayıb. Təxminən 100 metr dəmir yolu relsləri torpaq və su axınları ilə dolub.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Təbii fövqəladə hadisə nəticəsində Gürcüstan istiqamətində olan hissə boyu qatarların hərəkəti pozulub. İrəvandan Tiflisə gedən sərnişin qatarı ləğv edilib. 

Gülayə Mecid