Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün 28-ci dövr üçün yeni spikerini seçəcək. 

"Unikal" xəbər verir ki, gizli səsvermə yolu ilə keçiriləcək seçkinin ilk iki turunda 400 səs tələb olunur. Bu rəqəm toplanmasa, üçüncü turda TBMM sədrinin seçilməsi üçün sadə səs çoxluğu kifayət edəcək. 

Müraciətin son günündə parlament sədrliyinə namizədlər bəlli olub. AKP və MHP Numan Kurtulmuşu, müxalif CHP isə Tekin Bingölü namizəd seçib.

Cihan Paçacı isə İYİ Partiyasının namizədi olaraq seçkiyə qatılacaq. TİP-in namizədi Can Atalay qanunsuz həbsdə olduğu üçün seçkidə iştirak edə bilməyəcək.

Toplantı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

Ağarza Elçinoğlu