Türkiyənin Aksaray şəhərində mülki təlim təyyarəsi qəza enişi edib.

"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ortaköy rayonunda baş verən hadisədə 2 nəfər yaralanıb. 

Məlumata görə, İstanbuldan havaya qalxan təlim təyyarəsi mühərrik nasazlığı səbəbindən rayonun Bozkır və Sarıkaraman kəndləri arasındakı boş sahəyə məcburi eniş edib.

Yaralı pilotlar xəstəxanaya aparılıb.

Ağarza Elçinoğlu