İsveçin Stokholm şəhərində silahlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Stokholm şəhərinin polis nümayəndəsi bildirib.

Məlumata əsasən, hadisə nəticəinsəd 15 yaşlı yeniyetmə ölüb, üç nəfər yaralanıb: digər 15 yaşlı yeniyetmə, həmçinin müvafiq olaraq 45 və 65 yaşlı kişi və qadın. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Atışmanın səbəbləri hələ müəyyən edilməyib, lakin İsveçin paytaxtının cənubunda baş verən hadisədən bir saat sonra iki kişi saxlanılıb.