Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-nə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələrinin teleqram kanalına məlumat yayıb.

PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.