Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Ölkənin şimal-qərbində yerləşən Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Axtarışlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarı aşkar olunub.

Baş verən atışmada 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.