Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan fərman imzalayıb.

"Unikal" xəbər verir ki, fərman Ukrayna Prezident Ofisinin saytında yerləşdirilib.

Fərmana əsasən sanksiya siyahısına 178 nəfər daxil edilib.

Fərmanla qüvvəyə minmiş qərarının icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilib.

Qeyd edək ki, siyahıdakıların əksəriyyətinin Rusiya vətəndaşlığı var. Sanksiyaya məruz qalanlar arasında Rusiya hakimlərinin əksəriyyəti, o cümlədən Konstitusiya Məhkəməsinin hakimləri var.