Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, Rusiya Baxmut şəhərində ələ keçirilən hər 48 santimetr əraziyə görə bir əsgərini itirib.

Məlumatına görə, Rusiya Baxmutda 29 km irəliləməyə nail olub.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü Sergey Çerevatı bildirib ki, Ukrayna hərbçiləri Baxmut istiqamətində irəliləyir. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya əsgərlərinin yenidən qruplaşmasından və yerdəyişməsindən istifadə edir.