Bu gün saxlanılan Şotlandiyanın keçmiş birinci naziri Nikola Stercen azadlığa buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Şotlandiya polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, ona qarşı heç bir ittiham irəli sürülməyib. Stercen ittihamları rədd edib və heç bir qanunsuzluq etmədiyini deyib.

xxx

18:21

Şotlandiyanın sabiq Birinci naziri Nikola Stercen saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Nikola Stercenin regionda hakim Şotlandiya Milli Partiyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilib.