Krımda dəmir yolunda partlayış törədilib.

"Unikal"ın TASS-a istinadən verdiyi xəbərə görə, Kirov rayonunda dəmir yolu xəttinin zədələnməsi ilə əlaqədar qatarların hərəkəti dayandırılıb.

Təmir-bərpa işləri üçün 3-4 saat lazım olduğu, partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Sərnişinlərin daşınması üçün avtobuslar ayrılıb.