Amerika Birləşmiş Ştatlar (ABŞ) YUNESKO-ya üzvlüyünü bərpa etməyi planlaşdırır.
"Unikal"
xəbər verir ki, bu barədə “Axios” portalı Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, keçmiş prezident Donald Trampın ABŞ-ın YUNESKO-dakı üzvlüyünü dayandırmasından təxminən 6 il sonra ölkə üzvlük statusunu bərpa etmək niyyətindədir.

ABŞ dövlət katibinin müavini Riçard Verma təşkilatın baş direktoru Odri Azuleyə məktub göndərərək ABŞ-ın YUNESKO-ya qaytarılması planını açıqlayıb.