PKK/YPG terror təşkilatının Fərat Qalxanı Cibrin bazası ərazisi və Öncüpınar polis şəhərciyinə təşkil etdiyi hücumlara cavab verilib. Qərargah adlanan yer dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib.

"Unikal" “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda bildirilir ki, hücumun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən güclü zərbələr endirilməyə başlanılıb. Türk əsgər və zabitinə heç bir zərər dəyməyib. Terrorçuların hücum cəhdlərini heç vaxt cavabsız qoymayan türk əsgəri terrorçulara aid bir çox hədəfi effektiv şəkildə vurmaqda davam edir.