Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və digər rəsmilərlə basketbol oynayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak məlumat yayıb.

Oyunda Ərdoğanın kommunikasiya direktoru Fahrettin Altun, Bursa millət vəkili Mustafa Varank və İzmir millət vəkili Mehmet Kasapoğlu da iştirak edib.

"Arxa lövhədə də gördüyünüz kimi Yaşıl Komanda qalib gəlir. Formdayıq", - nazir bildirib.