Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya gələn həftə ilk səfərini İsrailə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, dəvət İsrail prezidenti İsxak Hersoqun həyat yoldaşı Mixal Hersoqdan gəlib. Zelenskaya İsrailə iyunun 17 və ya 18-də gedəcək.  

İki ölkə liderinin həyat yoldaşlarının yəhudi dövləti ərazisində reabilitasiyadan keçən Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə baş çəkəcəyi gözlənilir. Bundan əlavə, mənbələr Zelenskayanın İsrail rəsmiləri ilə görüşəcəyini deyirlər, lakin onun dəqiq planları hələ açıqlanmayıb. Ukrayna tərəfi bu məlumatı şərh etmir.