Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynaya səfər etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, orada o, prezident Volodimir Zelenski ilə görüşməyi və Zaporojye atom elektrik stansiyasına baxış keçirməyi planlaşdırır.

“Mən Ukraynaya getdim, orada prezident Zelenski ilə görüşəcəyəm”, – o, Twitter hesabında yazıb.

Qrossi həmçinin MAQATE-nin ekspertlər qrupunu rotasiya etməyi və Kaxovskaya su elektrik bəndinin dağıdılmasından sonra yardım proqramını təqdim etməyi planlaşdırır. Bundan əvvəl o, MAQATE-nin stansiyada mövcudluğunu gücləndirəcəyini və vəziyyəti BMT Təhlükəsizlik Şurasına təklif olunan beş təhlükəsizlik prinsipinə uyğun olaraq qiymətləndirəcəyini vurğulayıb.