ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq arasında bazar ertəsi Vaşinqtonda keçirilməsi planlaşdırılan görüş iyunun 13-nə təxirə salınıb.

“Unikal” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bazar ertəsi səhər dövlət başçısı diş ağrısından şikayət edib. Həkimlər tibbi proseduru həyata keçiriblər. 

Stoltenberqlə görüşdən əlavə, Ağ Evdə Amerika diplomatik missiyalarının rəhbərlərinin qəbulu da bir günlük təxirə salınıb. Rəsmi olaraq ABŞ administrasiyası bu hadisələrin təxirə salınmasının səbəblərini açıqlamayıb.