Rumıniyanın baş naziri Nikolae Çuka istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, o, koalision hökumətin əsas liderləri arasında baş nazirliyin bölüşdürülməsinə dair razılaşma çərçivəsində vəzifəsini tərk edib. İstefa ölkədə davam edən etirazlar fonunda baş tutub.

Tezliklər baş nazir postunu Sosial Demokrat Partiyasının lideri Marsel Kolaku tutacaq. 2021-ci ildə yaradılan koalisiyaya Çukanın Milli Liberal Partiyasından əlavə Rumıniyadakı Macarların Demokratik İttifaqı da daxildir.

Rumıniya prezidenti Klaus İohannis hakimiyyətin bölüşdürülməsi sazişində vasitəçilik edib və baş nazirlik növbə ilə koalisiyanın əsas liderləri arasında bölüşdürülüb.