“NATO üzvü olmaq başqalarının 5-ci maddəyə uyğun olaraq hücuma məruz qalan üzvləri dəstəkləməsi deməkdir. Bu proses çərçivəsində Türkiyə, Finlandiya və İsveç üzvlüklə bağlı bəzi narahatlıqlarını dilə gətirə bildi"

"Unikal" xəbər verir ki, bunu Blinken italyan həmkarı Antonio Tajani ilə Vaşinqtonda mətbuat konfransı zamanı deyib. Blinken Türkiyə ilə İsveçin bu həftə danışıqlar aparacağını da açıqlayıb.

İsveçin PKK terror təşkilatı ilə əlaqəsini açıqlayan bir şəxsin Türkiyəyə ekstradisiyasının NATO-ya üzvlük prosesinə necə təsir edəcəyi sualına Blinken, "Finlandiya və İsveçin üzvlük prosesləri tarixi baxımdan çox, çox sürətlə inkişaf edib" - deyə bildirib.

Blinken, iki ölkənin NATO-nun uzunmüddətli tərəfdaşları olması, AB üzvlüyü və Rusiyanın Avropa təhlükəsizliyini təhdid etməsi səbəbindən bu prosesin sürətli olmasının məqsədəuyğun olduğunu qeyd edib:

"Lakin bu proses çərçivəsində NATO-ya üzv olan hər bir ölkənin öz narahatlıqlarını və problemlərini bildirməsi də məqsədəuyğundur. Bu, xüsusilə NATO-nun 5-ci maddəsi üçün vacibdir. NATO üzvü olmaq o deməkdir ki, digər üzvlər maddəyə uyğun olaraq hücuma məruz qalan üzvləri dəstəkləyirlər. Bu proses çərçivəsində Türkiyə Finlandiya və İsveçin üzvlükləri ilə bağlı bəzi narahatlıqlar yarada bildi”.

Hər iki ölkənin Türkiyənin narahatlığını aradan qaldırmaq üçün lazımi addımları atdığını qeyd edən Blinken, "Digər NATO müttəfiqləri və ABŞ artıq İsveçin rəsmi olaraq NATO-ya daxil olması fikrindədir. Bizim gözləntimiz NATO Zirvə toplantısında bunun baş verə biləcəyidir" .

Blinken Türkiyə, İsveç və NATO arasında bu həftə yenidən görüşün keçiriləcəyi məlumatını paylaşıb.

İtaliyanın xarici işlər naziri Tajani də İtaliyanın İsveçin NATO üzvlüyünü dəstəklədiyini ifadə edərək, "Gələn ay keçiriləcək NATO-nun Vilnüs Sammitində bunu reallaşdırmağı hədəfləyirik" deyə qeyd edib.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Tajani ilk növbədə NATO-Ukrayna Şurasının yaradılmasının mümkünlüyünə diqqət çəkib.