Ermənistanın paytaxtdı İrəvanda gecə klubların birində kütləvi dava baş verib.  

"Unikal" xəbər verir  ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanları cəlb olunub. 

Belə ki, dava zamanı bir nəfər kəllə-beyin travması alıb,  o xəstəxanaya çatdırılıb. Məlum olub ki, klubdakı davanın iştirakçısı, 27 yaşlı Aram Qevondyan adlı şəxsdir. O, polis tərəfindən hadisə yerindəcə saxlanılıb. Bununla yanaşı, polis barda dava salan İrəvan sakinləri 29 yaşlı Eduard Melikyan, 37 yaşlı Tiqran Soqomonyan və 28 yaşlı Volodya Mudiryanı saxlayıb. 

Bildirilir ki,saxlanılan şəxslər Ermənistanda cinayət aləmində yüksək vəzifə tutan və  hazırda həbsdə olan "qanuni oğru" Serj Vardanyanın bacısı oğlanlarıdır. 27 yaşlı Aram Qevondyan da "qanuni oğru"nun oğlu olduğu məlum olub. Qevondyan ev dustağı olub və buna baxmayaraq, gecə saatlarında çölə çıxıb.  

Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır. 

Gülayə Mecid