Rusiya Federasiyası SSRİ-nin dağılmasından sonra bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq niyyətində olub.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb.

Putin Qərbin Sovetlər İttifaqının dağılması ilə kifayətlənmədiyini, daha artığını istədiyini söyləyib: Qərb Rusiyanı bölməyə çalışır, çünki o, çox böyükdür".

Putin bildirib ki, Rusiya onilliklər boyu Ukraynanı bəsləyib və iqtisadiyyatını dəstəkləyib. Onun sözlərinə görə, Rusiyaya qardaş Ukrayna xalqı ilə normal münasibətlər qurmaq şansı verilməyib.

Rusiya prezidenti Ukraynanın cənub-şərqində 2014-cü ildə baş verən hadisələrdən də danışıb. Bildirib ki, Rusiya dövlətinin 2014-cü ildə Donbasda baş verənlərlə heç bir əlaqəsi olmayıb.

Putinin onu da qeyd edib ki, Rusiyanı Minsk razılaşmaları ilə sadəcə olaraq aldadıblar: “Onlar bu razılaşmaları yerinə yetirmək fikrində deyildilər”.

Rusiya Prezidenti Ukraynada Leninin abidələrinin söküldüyünü, onun əvəzinə Stepan Banderanın abidəsinin qoyulduğuna diqqət çəkib:

"Ukraynanın qurucusu olan Leninin abidəsini sökürlər, onun yerinə faşist Banderanın abidəsi qoyulur. Yəhudi kökləri olan Ukrayna dövlət başçısının faşist Bandera adının dirçəldilməsinə necə dəstək olduğunu başa düşə bilmirəm".