ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnika paketi verəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlamışdı .

Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini də bildirib.

Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Kanadanın baş naziri də bildirib ki, Kanada ötən il ölkəyə enən Rusiyaya məxsus yük təyyarəsini ələ keçirib və onun müsadirəsi prosesinə başlayıb.

Castin Trüdonun Kiyevə elan olunmamış səfərlə gəldiyi də məlum olub.