Real Madrid bu yay transfer pəncərəsində Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe ilə müqavilə imzalaya bilər .

"Unikal" xəbər verir ki, “Real Madrid”in prezidenti Florentino Peres hücumçunun ətrafı ilə əlaqə saxlayır. Madrid klubu Mbappenin azad agent olmasını bir il gözləməkdənsə, bu yay təklif verməyə hazırdır. Nəşr onu da qeyd edir ki, hücumçunun özü də "Real Madrid"ə keçməyə meyllidir.

Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə verib. PSJ yenidən Liqa 1 çempionu olub.

Futbolçunun klubla müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Onun müqavilənin 2025-ci ilə qədər uzadılması variantı var.

İyunun 12-də mətbuatda Mbappenin PSJ rəhbərliyinə rəsmi məktub göndərdiyi və heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. Müqavilə başa çatdıqdan sonra hücumçunu heç bir təzminatsız buraxmamaq üçün Paris klubu futbolçuya alıcı axtarmağa məcburdur.

Daha əvvəl Mbappenin Paris klubundan Real Madridə mümkün gedişi ilə bağlı yayılan məlumatlara ilk dəfə şəxsən münasibət bildirdiyi bildirilirdi .