Rusiyalı biznesmen Sergey Sıqanovun paraşüt həvəsi faciə ilə bitib.

"Unikal" xəbər verir ki, 51 yaşlı iş adamı Mi-8 helikopterindən tullanıb, bundan sonra 60 m hündürlükdə uğursuz manevr edib. Nəticədə paraşüt böyük sürətlə aşağı enib və Sıqanov yerə çırpılıb.

Faciə Moskva vilayətində Kolomna şəhərində baş verib.

Meydanda olanlar dərhal tibb işçilərini çağırıblar. Həkimlər zərərçəkənə ağır xəsarət diaqnozu qoyublar. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, Sıqanov Ryazan şəhərində “Invitro” tibb klinikaları şəbəkəsinin rəhbəri idi. Buna qədər isə “Europe + Ryazan” və “Ruskoye Radio - Ryazan” radiostansiyalarının sahibi olub.