İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları Maltəpədə avtobus dayanacağına bombalı pankart asan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, keçirilən əməliyyatda 3 terrorçu saxlanılıb. Terrorçuların məskunlaşdığı ünvanlarda aparılan axtarışlar zamanı rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər də ələ keçirilib.

Şübhəlilər nəzarətə götürülüb.