ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.  

"Unikal" xəbər verir ki,  görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər. 

 “Prezident Putin qalib gəlsə... dünya daha təhlükəli olacaq, çünki bu, digər ölkələri, o cümlədən Çini ruhlandıracaq”,-  Stoltenberq çıxışında deyib. 

 Stoltenberqin Vaşinqtona səfəri NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində baş tutub.