Qərb prezident Vladimir Putini küncə sıxışdırsa, Rusiya nüvə silahından istifadə edəcək.

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri təhlükəli addımlar atsa, xüsusən də Rusiya ərazisini işğal etməyə cəhd edərsə və bu ölkənin mövcudluğunu təhdid edərsə, Rusiya nüvə silahına müraciət edə bilər.

“Bir sözlə, əgər siz Putini divara söykəsəniz və ya küncə sıxışdırsanız, başqa çıxış yolu qalmayacaq”, - Belarus lideri deyib.

Belarus lideri vurğulayıb ki, Qərb Rusiya ilə danışıqlar aparmalıdır.