Gürcüstan parlamentində müxalifət nümayəndələri ilə “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze arasında qarşıdurma olub.

"Unikal" xəbər verir  ki, bu barədə Gürcüstan mətbuatı  məlumat yayıb. 

Bildirilir ki, qarşıdurma zamanı media zalda olmayıb, lakin “Milli Hərəkat”ın üzvü, deputat Ana Tsitlidze hadisənin videoyazısını yayıb, buradan görünür ki, Mamuka Mdinaradzenin qıcıqlanmasına müxalif deputatın  "satqın" deyə qışqırması səbəb olub. 

Bu zaman deputatlar arasında mübahisə yaranıb.